Təhsil Nazirliyi bu şirkətə 10 milyon manat ödəyəcək

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizatı üçün avadanlıqların alınıb-quraşdırılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

İndex.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Mühəndislik Tikinti Təchizat” QSC-dir.

Qalib şirkətə 9,715 milyon manat ödəniləcək.