“Pepsi Azərbaycan” məhkəməyə verilib

“Pepsico Azərbaycan” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

İndex.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Protokol Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Bildirək ki, şirkət 2021-ci ilin sentyabrında da eyni maddə ilə məhkəməlik olub.

İXM-in 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, “PepsiCo Azərbaycan” MMC 2015-ci ildə yaradılıb.