2021-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) kredit borclarının qaytarılmasına 5,6 milyon manat yönəldib.
İndex.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 44,1 % azdır.
Ötən il agentliyin kreditlərə çəkdiyi xərc onun ümumi xərclərinin 0,3 %-ni təşkil edib. Bu nisbət əvvəlki il 0,9 % olub.