“Bank Respublika” işçilər axtarır – VAKANSİYALAR

Bank Respublika ASC

Kassir (Abşeron)

Son tarix 09 iyl 2022 – [email protected]

Ümumi vəzifə öhdəlikləri:

Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;

Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;

Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;

Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək;Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq.

Namizədə qarşı tələblər:

Təhsil: (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il;

Dil bilikləri: Azərbaycan dili əla, Rus dili arzuolunandır;Riyazi hesablama aparmaq qabiliyyəti;Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma;

Yüksək ünsiyyət bacarığı;Əzmkarlıq, düzgünlük, çalışqanlıq;Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində Kassir (Abşeron şöbəsi) qeyd etməklə 8 iyul 2022-ci il tarixinədək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bank Respublika ASC

PL/TMM şöbəsinin kiçik mütəxəssisi

Son tarix 09 iyl 2022 – [email protected]

Ümumi vəzifə öhdəlikləri:

Müştəri əməliyyatlarının monitorinqinin aparılması, qeyri-adi və şübhəli əməliyyatların aşkar edilməsi, araşdırılması;

PL/TMM proqram təminatında müştəri profilinin və bank əməliyyatlarının təhlilinin aparılması;PL/TMM proqram təminatında monitorinq təyinatlı “biznes ssenarilərin” yazılması;

Müxbir bank və digər maliyyə institutlarından rus və ingilis dillərində daxil olan sorğuların cavablandırılması, yazışmaların və şifahi danışıqlarının aparılması;Müştəri hesablarının açılması zamanı Müştərini Tanı (KYC) prosedurlarının düzgün aparılmasına nəzarət edilməsi;

PL/TMM şöbənin fəaliyyətinə aid olan sahələr üzrə filiallara və bankdaxili digər strukturlara sorğuların göndərilməsi; Filial, şöbə və bankın digər struktur bölmələrindən PL/TMM şöbəsinə daxil olan sorğuların cavablandırılması;

Şöbənin fəaliyyətinə dair nəzarət orqanları və rəhbərlik üçün müxtəlif hesabatların hazırlanması.

Namizədə qarşı tələblər:Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);Dil bilikləri:

Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;

Komputer bilikləri: Microsoft Office (Outlook, Word, Excel, PowerPoint), Notepad++;Bank fəaliyyətini tənzimləyən qanun və normativlər üzrə biliklər arzuolunandır; Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;

Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;Məsuliyyətlilik;Təşəbbüskarlıq və novatorluq;Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 08 iyul 2022-ci il tarixinədək email-in mövzu hissəsində PL/TMM şöbəsinin kiçik mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.