
Bu il yanvar-may aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 190 milyon manat kredit verilib.
İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 % çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 20,1 % artaraq 135,4 milyon manata çatıb.
Ötən 5 ayda İKZF istiqraz buraxmaqla 90 milyon manat vəsait cəlb edib ki, bu da 1 il əvvələ nisbətən 63,6 % çoxdur. İl ərzində Fonda dövlət büdcəsindən ayrılan vəsaitin məbləği isə 33,7 % artaraq 47,6 milyon manata çatıb.