“Azərsu” bu şirkətlərə 7,5 milyon manat ödəyəcək

“Azərsu” ASC Bakının Xəzər rayonunun Binə qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

İndex.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Real-İnşaat MMC və “Arıkan İnşaat Taahhüt ve Sanayi Anonim Şirketi” birgə müəssisəsidir.

Qalib şirkətlərə 7,441 milyon manat ödəniləcək.