
IT auditor
Son tarix 10 iyl 2022 – Müraciət et
Təsvir:
- İllik audit planına uyğun olaraq davamlı audit yoxlamaları həyata keçirməsində iştirak etmək;
- Bankın IT infrastruktur, siyasət və əməliyyatlarının yoxlanılması və qiymətləndirilməsidə iştirak etmək;
- İnformasiya sistemlərində və əlaqəli sistemlərdə mövcud olan riskləri müəyyən etmək, həlli ilə bağlı müvafiq tövsiyələr vermək;
- İnformasiya sistemlərində mütəmadi baş verən problemlərin əsas səbəbini aşkar etmək;
- Mövcud nəzarət mexanizmlərini qiymətləndirmək və adekvat nəzarət mühitinin yaradılması ilə bağlı müvafiq tövsiyələr vermək;
- Məqsədləri, görülmüş işi, nəticələri müvafiq qaydada sənədləşdirilən işçi sənədləri hazırlamaq və tələb olunan vaxtda yoxlanış üçün təqdim etmək;
- Yoxlanılan sahədə tapılan bütün audit nöqsanlarını müvafiq rəhbərin nəzərinə çatdırmaq və nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr təklif etmək.
Tələblər:
- İnformasiya və Kommunikasiya Texnologiyaları və oxşar sahə üzrə ali təhsil;
- İT və İT təhlükəsizlik sahəsində təcrübə biliklərinə malik olmaq;
- İnformasiya sistemləri, şəbəkə avadanlıqları, məlumat bazası və web texnologiyalar haqqında baza biliklərinə malik olmaq;
- Analitik təhlil etmə, işdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Stressə davamlılıq və komandada işləmək bacarığı;
- Peşəkar bilik və bacarıqlarını artırmağa daimi hazır olmaq.
- Peşəkar kvalifikasiyalar üzrə (CompTIA Security+, ITIL, COBİT, İSO 27001 və s.) sertifikatları olanlara üstünlük veriləcək