Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 9% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda vergi daxilolmalarının 5 milyard 716,2 milyon manatı və yaxud 72,9 %-i qeyri-neft-qaz sektorunun payına düşüb.

İndex.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 % çoxdur.

Xatırladaq ki, yanvar-may aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 7 milyard 843,3 milyon manat təşkil edib. Bu, 1 il əvvələ nisbətən 4,6 % çoxdur.

Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 15,5 milyard manat vəsait köçürməlidir. Beləliklə, 5 ay ərzində həmin məbləğin 50,6 %-i təmin olunub.