
“Amazon” bulud hesablama infrastrukturunu genişləndirmək və süni intellekt innovasiyalarını inkişaf etdirmək üçün Pensilvaniyaya 20 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqladı.
İndex.az xəbər verir ki, investisiya ilə çoxlu innovasiya şəhərciyinin yaradılacağı bildirilən açıqlamada 1250 iş yerinin yaradılacağı, işçi qüvvəsinin inkişafı üzrə təlim proqramları və yerli icma layihələrinin dəstəklənəcəyi bildirilib.
Açıqlamada “Amazon”un 2010-cu ildən bəri Pensilvaniyaya 26 milyard dollar sərmayə qoyduğu qeyd edilərək, şirkətin 27 min işə birbaşa dəstək verdiyi vurğulanıb.
Keçən həftə “Amazon”, bulud və süni intellekt infrastrukturunu genişləndirmək üçün Şimali Karolinaya 10 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqladı.