Nəqliyyat naziri: AZAL təyyarəsinin qəzası ilə bağlı toplanmış materialların tədqiqatı aparılır

Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzasının araşdırılması toplanmış materialların tədqiqatı mərhələsindədir.

İndex.az xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat naziri Marat Karabayev Senatda bildirib.

“Birinci mərhələ materialların toplanması idi. O mərhələ başa çatıb. İndi ikinci mərhələ – toplanmış materialların tədqiqatı aparılır və hazırda araşdırma mərhələsindəyik. Bu çərçivədə yerli və xarici mütəxəssislər ICAO ilə birlikdə Bakıda, Qroznıda, həmçinin Rostov-na-Donda olublar”, – M.Karabayev qeyd edib.

Nazir əlavə edib ki, materiallar tədqiqatlar üçün Qazaxıstandadır.