AMB ötən ili 721 milyon manat mənfəətlə başa vurub

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ili 721,484 milyon manat mənfəətlə başa vurub.

İndex.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,1 dəfə çoxdur.

Ötən il AMB-nin faiz gəlirləri 717,556 milyon manat (əvvəlki ilə nisbətən 39,2 % çox), faiz xərcləri 218,806 milyon manat (27 % az), haqq və komissiya gəlirləri  27,771 milyon manat (2,1 % az), haqq və komissiya xərcləri 9,565 milyon manat (2,9 dəfə çox), sair əməliyyat gəlirləri 7,286 milyon manat (6,5 dəfə çox), sair əməliyyat xərcləri 111,25 milyon manat (1,8 % az), maliyyə öhdəliklərinin tanınması üzrə gəlirləri 28,789 milyon manat (39,9 % az), maliyyə aktivlərinin tanınması üzrə gəlirləri 2,101 milyon manat (29,35 % az), qiymətli kağızlarının yenidən qiymətləndirilməsi üzrə gəlirləri 113,929 milyon manat (3,3 dəfə çox), qiymətli kağızlarının realizasiyası üzrə gəlirləri 139,344 milyon manat (36,7 % çox), qiymətli kağızlarının dəyərsizləşməsi üzrə zərəri 181 min manat (61,5 % az), törəmə maliyyə alətlərinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 23,669 milyon manat (5,5 dəfə çox), investisiya fondlarındakı vəsaitlərinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 14,692 milyon manat (8,45 % çox), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə zərəri 59,765 milyon manat (22,5 % çox), xarici valyuta əməliyyatları üzrə gəlirləri 1,218 milyon manat (33,3 % çox), digər gəlirləri isə 44,696 milyon manat (77,8 % çox) təşkil edib.