Fransa öz robot ordusunu quracaq

Fransa ordusunun generalı Bruno Baratz 2028-ci ilə qədər robot əsgərləri ön cəbhəyə yerləşdirməyi planlaşdırdıqlarını açıqlayıb.

İndex.az xəbər verir ki, Fransa əslində layihənin hələ konsept mərhələsində olan və 2040-cı ilə qədər robot ordusunun yaradılması hədəfinin qoyulduğu 2021-ci ildə bu istiqamətdə ilk addımları atmağa başlayıb.

General Bruno Baratz hesab edir ki, bu məqsədə 2040-cı ildən çox tez çatmaq mümkün olacaq. Fransız generalın sözlərinə görə, Fransanın çox yaxın gələcəkdə robot ordusu olacaq.

Fransa bildirir ki, bu robotlar kəşfiyyat missiyalarında, minalardan təmizləmə və ya təmir işlərində istifadə oluna bilər. Ancaq süni intellekt sahəsində baş verənləri yaxından izləyənlər bu robotların birbaşa qarşıdurmalarda istifadəsinin qaçılmaz olduğunu açıq şəkildə görə söyləyirlər.