Mərkəzi Bankın valyuta ehtiyatları 2% artıb

Bu il iyunun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7 milyard 230,7 milyon ABŞ dolları təşkil edib.

İndex.az quruma istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 2% çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 2,2%, son 1 ildə isə 11,9% artıb.