
ABŞ-ın çip şirkəti “Intel” 2025-ci ilin birinci rübü üçün balans hesabatını dərc edib.
İndex.az xəbər verir ki, cari ilin birinci rübündə şirkətin gəliri 12,7 milyard dollar olub.
Bu gəlir keçən ilin eyni dövrü ilə eynidir.
Eyni dövrdə 887 milyon dollar xalis zərər edən “Intel”, ötən ilin yanvar-mart dövründə 437 milyon dollar itirmişdi.