Naxçıvanın xarici ticarət dövriyyəsi I rübdə 10%-dən çox artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 27 milyon 457 min 60 ABŞ dolları təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, ticarət dövriyyəsinin 2 milyon 611 min 380 ABŞ dollarını və ya 9,5 %-ini ixrac olunmuş məhsulların, 24 milyon 845 min 680 ABŞ dollarını və ya 90,5 %-ini isə idxal məhsullarının dəyəri təşkil edib.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 10,2 %, o cümlədən ixrac 1,5 %, idxal isə 11,2 % artıb.