“AFB Bank”ın depozit portfeli 2 milyon manatdan çox azalıb – HESABAT

“AFB Bank” 2025-ci ilin 1-ci rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, 2025-cü ilin 1-ci rübündə “AFB Bank”ın depozit portfeli 2.218 milyon manat azalaraq 130.765 milyon manata enib.

Cari ilin əvvəlində bu göstərici 132.983 milyon manat idi.

2025-ci ilin 1-ci rübündə fiziki şəxslərin banka qoyduğu depozitlər 10.929 milyon manat azalaraq 49.178 milyon manat olub.

Ötən ilin sonunda hüquqi şəxslərin banka qoyduğu depozitlər 72.875 milyon manat olduğu halda, 2025-ci ilin 1-ci rübündə bu göstərici 8.712 milyon manat artaraq 81.587 milyon manat olub.

Xatırladaq ki, “AFB Bank” ASC öz fəaliyyətinə 16 fevral 2009-cu ildən etibarən başlayıb. Onun nizamnamə kapitalı 70.393 milyon manatdır. Bankın səhmlərinin 99.64%-i İsmayılov Hikmət Əbuzər oğluna, 0.18%-i Muradov Cəmil Tahir oğluna, 0.18%-i Abdullayev Əkbər Həsən oğluna, məxsusdur.