
Bu ilin yanvar-mart aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 7 milyard 171,8 milyon kVt/saat olub.
İndex.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-mart ayları üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.
Bu, 2024-cü ilin ilk rübü ilə müqayisədə 42,5 milyon kVt/saat və ya 0,6 % çoxdur.
Bu ilin mart ayında isə ölkədə elektrik enerjisinin istehsalı 2 milyard 319,1 milyon kVt/saat olub ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 123,8 milyon kVt/saat və ya 5,1 % azdır.
Xatırladaq ki, 2024-cü ilin birinci rübündə respublika üzrə elektrik enerjisinin istehsalı 7 milyard 129,3 milyon kVt/saat, həmçinin mart ayında 2 milyard 442,9 milyon kVt/saat təşkil edib.