
Yanvar-mart aylarında Çin – ABŞ ticarətinin həcmi illik hesablamada 2,9 % artaraq 154,58 milyard dollara çatıb.
İndex.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi (BGİ) məlumat yayıb.
Qurumun məlumatına görə, birinci rübdə Çin ABŞ-yə ixracını 4,5 % artıraraq 115,61 milyard dollara çatdırıb. Birləşmiş Ştatlardan idxal göstəricisi isə 1,4 % azalaraq 38,97 milyard dollar təşkil edib.
Eyni zamanda, hesabat dövründə Çin – Rusiya əmtəə dövriyyəsi illik hesablamada 6,6 % azalaraq 53,21 milyard dollar təşkil edib.