
Bu ilin yanvar-mart aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 15,8 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % az sənaye məhsulu istehsal edib.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 3,6 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,5 % artıb.
Sənaye məhsulunun 62,4 %-i mədənçıxarma sektorunda, 30,3 %-i emal sektorunda, 6,4 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,5 % azalıb, əmtəəlik qaz hasilatı isə 1,1 % artıb.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2 dəfə, əczaçılıq məhsullarının istehsalı 43,3 %, kompüter, elektron və optik məhsulların istehsalı 31,4 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 23,7 %, maşın və avadanlıqların istehsalı 20,9 %, toxuculuq sənayesi məhsullarının istehsalı 15,6 %, qida məhsullarının istehsalı 12,2 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,1 %, kimya sənayesi məhsullarının istehsalı 1,9 % artıb, içkilərin istehsalı 0,9 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 1,8 %, elektrik avadanlıqlarının istehsalı 2,4 %, tütün məmulatlarının istehsalı 3,1 %, neft məhsullarının istehsalı 7 %, metallurgiya sənayesi məhsullarının istehsalı 8 %, tikinti materiallarının istehsalı 9,5 %, mebel istehsalı 9,7 %, hazır metal məmulatlarının istehsalı 18,1 %, kağız və karton istehsalı 31,5 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 32,8 %, geyim istehsalı 45,3 %, poliqrafiya məhsullarının istehsalı isə 55,1 % azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,2 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3 % artıb.