Avropada qazın qiyməti 20% ucuzlaşıb

ABŞ Prezidenti Donald Trampın qarşılıqlı əsaslı tariflər elan etməsindən sonra artan gərginlik və tariflərin yaradacağı qlobal iqtisadi yavaşlama ilə bağlı narahatlıqlar fonunda Avropada qaz qiymətləri bir həftə ərzində 20% ucuzlaşıb.

İndex.az xəbər verir ki, ABŞ və Çin arasında tarif qarşıdurmasının artan intensivliyi də qiymətlərin enmə sürətini sürətləndirdi.

Belə ki, aprelin 2-dən sonra Avropada qazın qiyməti 20% ucuzlaşıb. Bu həftənin əvvəlindən qiymətlər 9,2 faiz ucuzlaşıb.