
Texnologiya nəhəngi “Siemens”in baş direktoru Aqustin Eskobar və ailəsi ABŞ-ın Nyu-York şəhərində Hudson çayı üzərində helikopter qəzası nəticəsində həyatını itirib.
İndex.az xəbər verir ki, qəzada Eskobarın həyat yoldaşı Merce Kamprubi Montal, onların 4, 5 və 11 yaşlı üç uşağı və helikopterdə olan 36 yaşlı pilot həlak olub.
İspaniyanın Barselona şəhərindən Nyu Yorka ziyarətə gələn ailədən heç kim sağ qalmayıb. Hadisə Manhettendə son illərin ən ölümcül helikopter qəzalarından biri kimi qeydə alınıb. “Siemens”in baş direktorunun ölümü şirkət üçün böyük itki kimi qiymətləndirilir. ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəzanın səbəblərini araşdırır.