
“SOCAR Trading”in baş icraçı direktoru vəzifəsinə yeni şəxs təyin edilib.
İndex.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Məlumata görə, Natiq Mustafayev şirkətin baş icraçı direktoru təyin edilib. Natiq Mustafayev 2018-ci ildən bu vəzifədə çalışan Məryəm Almaszadəni əvəzləyib.
Məryəm Almaszade bundan sonra “SOCAR”ın tərkibində baş müşavir vəzifəsində çalışacaq.
SOCAR-da işləməzdən əvvəl Natiq Mustafayev Londonda “Credit Suisse Securities” şirkətində yüksək vəzifələrdə çalışıb. 2014-cü ildən isə “Barings” şirkətində Londonda və Boston şəhərində inkişaf etməkdə olan bazarların borc portfelləri üzrə İdarəedici Direktor və Portfel Meneceri kimi fəaliyyət göstərib. Onun idarə etdiyi portfellərin aktivləri 15 milyard ABŞ dollarına çatıb.
N.Mustafayev Kolumbiya Universitetindən iqtisadiyyat üzrə magistr (M.Phil.) və magistr (M.A.) dərəcələrinə, Boğaziçi Universitetindən isə iqtisadiyyat və biznesin idarə edilməsi ixtisası üzrə bakalavr dərəcəsinə malikdir və universiteti birinciliklə bitirib. O, azərbaycan, ingilis, rus və türk dillərində sərbəst danışır.