
Azərbaycan minatəmizləmə sahəsində regional mərkəzə çevrilə bilər.
İndex.az xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının (UNDP) Böhran Bürosu, Böhranlara Hazırlıq, Cavab və Bərpa Qrupunun rəhbəri Devanand Ramiah müsahibəsində deyib.
Azərbaycanın mina problemi ilə bağlı BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilən brifinqdə iştirak edən D.Ramiah ölkənin minatəmizləmə sahəsində regional liderliyindən və “Minatəmizləmə üzrə Mükəmməllik Təlim Mərkəzi” təşəbbüsündən danışıb.