Azərbaycana nə qədər turist gəlib?

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 162 ölkəsindən 338,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Gələnlərin 23,4 %-i Rusiya Federasiyası, 18,6 %-i Türkiyə, 9,9 %- Hindistan, 9,3 %- İran, 5 %- Gürcüstan, 3,3 %-i Qazaxıstan, 3,2 %-i Pakistan, hər birindən 2,9 % olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı, 1,8 %-i Küveyt, 1,7 %-i Özbəkistan, 1,6 %-i Çin, hər birindən 1,4 % olmaqla Türkmənistan və Ukrayna, 1,2 %-i İsrail, 1,1 %-i Oman, 11,3 %-i digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 72,2 %-ini kişilər, 27,8 %-ini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 3,9 dəfə, Tacikistandan – 1,9 dəfə, Çindən – 1,8 dəfə, İspaniyadan – 1,7 dəfə, İordaniyadan – 44,6 %, Hindistandan – 44 %, Qırğızıstandan – 25,7 %, Qazaxıstandan – 21 %, Pakistandan – 19,6 %, Misirdən – 18,9 %, ABŞ-dan – 17,4 %, Niderlanddan – 16,5 % artıb.

2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 % azalaraq 11 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 9,9 % azalaraq 62,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 9,2 % azalaraq 107,4 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 10,8 % artaraq 158,1 min nəfər təşkil edib.

Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,2 %-i hava, 27,2 %-i dəmir yolu və avtomobil, 1,6 %-i isə dəniz nəqliyyatından istifadə edib.