Son 6 ildə aktiv vergi ödəyicilərinin sayı 2 dəfəyə yaxın artıb

2019-cu ildən bəri Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 1,8 dəfə artaraq 2025-ci ilin əvvəlinə 807 min təşkil edib.

İndex.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Bakıda keçirilən, “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Maliyyə nəzarəti – dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi” mövzusunda konfransda bildirib.

“Bu dövrdə iqtisadi sistem üşün əhəmiyyətli hesab etdiyimiz ƏDV ödəyicilərinin sayı isə 3 dəfə artaraq 52,8 minə çatıb”, – deyə o qeyd edib.