Tramp: “Tesla”ya qarşı zorakılıq məişət terroru sayılacaq

ABŞ prezidenti Donald Tramp bildirib ki, “Tesla” dilerlərinə edilən hücumlar “daxili terrorizm” kimi qiymətləndiriləcək və cinayətkarlar “cəhənnəmə vasil olacaq”.

İndex.az xəbər verir ki, Ağ Evdə “Tesla” şirkətinin baş direktoru Elon Mask ilə danışan Tramp elektrik avtomobil istehsalçısına dəstəyini bir daha vurğuladı.

Trampın açıqlamalarından sonra “Tesla” səhmləri təxminən 4 faiz dəyər qazanıb. Bu bərpa ötən gün son beş ilin ən böyük gündəlik enişindən sonra diqqət çəkdi. Tramp Ağ Evdə “Tesla” avtomobillərini yoxlayarkən, “Model S” alacağını da açıqladı.