Fransa XİN: ABŞ-ın rüsum tətbiqinə cavab verməyə hazırıq

Avropa İttifaqı (Aİ) lazım gələrsə, ABŞ-nin ticarət rüsumlarının tətbiqinə cavab verməklə bağlı planda daha da irəli getməyə hazır olacaq, bura rəqəmsal xidmətlər və əqli mülkiyyətlə bağlı sanksiyalar da daxildir.

İndex.az xəbər verir ki, bu barədə “TF1” telekanalının efirində Fransa Xarici İşlər Nazirliyinin yanında Avropa məsələləri üzrə nazir-nümayəndəsi Benjamen Addad bildirib.

“Əgər istəsək, başqa növ xidmətlərə münasibətdə daha da irəli getmək üçün vasitələrimiz var. Məsələn, rəqəmsal xidmətləri və əqli mülkiyyəti də ora daxil edə bilərik”, – o bildirib.

Bununla yanaşı, o qeyd edib ki, hazırkı məqamda cavab “mütənasib” olacaq: “Yaxın həftələrdə biz yenidən cavab rüsumları tətbiq edəcəyik. Aİ öz maraqlarını qorumaq iqtidarındadır”.