
“Apple” şirkəti “iPhone”, “iPad” və “Mac” interfeysini yeni nəsil istifadəçilərə uyğunlaşdırmaq üçün şirkətin tarixində ən genişmiqyaslı proqram təminatı yeniliklərindən birini etməyə hazırlaşır.
İndex.az xəbər verir ki, bu yeniləmə son 12 ilin ən böyük və əhatəli yeniləməsi olacaq.
“Apple” bu yeniləməni 2025-ci ilin sonunda təqdim edəcək.
Sözügedən yeniləmə “iPhone”, “iPad” və “Mac” əməliyyat sistemlərinin görünüşünü və interfeysini dəyişəcək.
“Vision Pro”nun proqram təminatına əsaslanan yeniləmə ikonlara, menyulara, proqramlara, pəncərələrə və sistem düymələrinə üslub yeniləməsini daxil edəcək.