
Dubayda yerləşən kriptovalyuta birjası “Bybit”ə qarşı iki həftə əvvəl baş verən 1,5 milyard dollarlıq kriptovalyuta oğurluğunda Şimali Koreya dövləti ilə işləyən hakerlərin 300 milyon dollar əldə edə bildiyi öyrənilib.
İndex.az xəbər verir ki, “Bybit”dəki oğurluğun arxasında “Lazarus Group” kimi tanınan haker qrupunun dayandığı bildirilib.
Oğurluq baş verdikdən sonra, quldurların sözügedən rəqəmsal aktivləri istifadə edilə bilən pula çevirmələrinin qarşısını almaq üçün “rəqəmsal təqib” baş verdi.
Mütəxəssislər, sözügedən qrupun 24 saat çalışaraq pulları Şimali Koreyanın hərbi qaynaqlarına yönəltməyi hədəflədiyini iddia ediblər.
Araşdırmaya görə, “ByBit” quldurluğunda oğurlanan pulların 20 faizi artıq “yuyulub”, yəni bu pulların geri qaytarılması ehtimalı azdır.