“Apple” tənqidlərə maraqlı cavab verib

“iPhone 16e” uzun müddətdir ki, maraqla gözlənilirdi.

İndex.az xəbər verir ki, bu yaxınlarda təqdim edilən yeni telefon bir çox cəhətdən bəyənilsə də, “MagSafe” olmadığı üçün tənqid hədəfi oldu.

“iPhone 16e”nin simsiz enerji doldurmasına baxmayaraq, o, yalnız 7,5 Vt gücündə şarj edə bilir və “MagSafe”in maqnit tənzimləmə sistemi yoxdur.

“Apple” bu qərarın arxasında istifadəçi vərdişlərinin dayandığını bildirir.

Şirkət rəsmilərinin sözlərinə görə, bu modelin hədəf auditoriyası əsasən öz cihazlarını kabellərlə dolduran insanlardan ibarətdir.