
Tanınmış jurnalist Xanlar Mehdiyev yeni vəzifəyə təyin olunub.
İndex.az xəbər verir ki, bundan sonra o, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində çalışacaq.
Xanlar Mehdiyev Xidmətin mətbuat katibi vəzifəsində çalışacaq.
Xatırladaq ki, bundan əvvəl X. Mehdiyev İctimai Televiziya, CBC telekanalında və müxtəlif media qurumlarında çalışıb.