Messidən avtoqraf istəyən hakimin cəzası bəlli olub

Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyaları (CONCACAF) Çempionlar Liqasının oyunundan sonra ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messidən avtoqraf istəyən hakim Marko Antonio Ortis Nava 6 ay müddətinə diskvalifikasiya edilib.

İndex.az xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.

KONKAKAF-ın bayrağı altında keçirilən oyunlardan kənarlaşdırılan ədalət təmsilçisi Meksika çempionatının matçlarını idarə edə bilər.

Qeyd edək ki, 38 yaşlı referi ABŞ-nin digər təmsilçisi “Sportinq Kanzas Siti” ilə matçın ardından Messiyə yaxınlaşıb və ondan avtoqraf istəyib.