Azərbaycana 1,5 milyard dollarlıq avtomobil gətirilib

2024-cü ildə xarici ölkələrdən Azərbaycana 82 434 ədəd minik avtomobilləri idxal edilib.

Bu barədə İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ölkəyə idxal olunan minik avtomobillərinin ümumi dəyəri 1 milyard 566 milyon 604,4 min ABŞ dolları təşkil edib.

Bu, 2023-cü illə müqayisədə say baxımından 6,5% azdır. Dəyər ifadəsində isə 3,4 % çoxdur.