Qvardiola beş məşhur futbolçunun “Mançester Siti”dən ayrılmasını istəyir

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola bəzi futbolçuların komandadan ayrılmasını istəyir.

İndex.az “Fichajes”ə istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis beş məşhur oyunçunun komandada qalmağı haqq etmədiyini düşünür.

O, ölkə çempionunun həmin şəxslərlə vidalaşmasına hazırdır.

Bunlar Kevin De Bruyne, İlkay Gündoğan, Bernardu Silva, Fil Foden və qapıçı Edersondur.

Qeyd edək ki, “Mançester Siti” Çempionlar Liqasının pley-off mərhələsinin hər iki oyununda İspaniya təmsilçisi “Real”a uduzub – 2:3, 1:3.