Çin xarici investisiyaları cəlb etmək üçün yeni plan hazırlayıb

Çinin Ticarət və İqtisadi Planlaşdırma Nazirliyi Xarici investisiyalarda sabitliyin təmin edilməsinə yönəlmiş fəaliyyət planını açıqlayıb.

İndex.az xəbər verir ki, Çin Ticarət Nazirliyi və iqtisadi planlaşdırma bölməsi tərəfindən hazırlanan planda “yeni istehsal vasitələri”nin inkişafında xarici sərmayələrin rolu və “Çin tipli modernləşməyə nail olunması”nın vacibliyi vurğulanıb.

Qeyd edək ki, Çinin birbaşa xarici investisiyaları ötən il əvvəlki ilə nəzərən 27,1% azalıb.