
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-da yerləşən “NBC News” telekanalına müsahibəsində Rusiya-Ukrayna müharibəsi ilə bağlı hadisələri dəyərləndirib.
İndex.az xəbər verir ki, Ukrayna ordusunun itkilərinə toxunan Zelenski 46 mindən çox Ukrayna əsgərinin həlak olduğunu deyib.
Təxminən 380 min Ukrayna əsgərinin yaralandığını qeyd edən Zelenski, on minlərlə ukraynalının müharibə səbəbilə itkin düşdüyünü və ya əsir düşdüyünü, 19 min 500 uşağın zorla Rusiyaya qaçırıldığını bildirib.