İlon Maskın 13-cü övladı ortaya çıxdı: Sərvəti bölünür!

İlon Mask gündəmi zəbt etməyə davam edir.

İndex.az xəbər verir ki, yazıçı Ashley St. Clair 5 ay əvvəl uşaq dünyaya gətirdiyini və atasının Mask olduğunu açıqlayıb.

Clair bu məlumatı daha əvvəl paylaşmamasının səbəbinin uşağının məxfiliyini və təhlükəsizliyini qorumaq olduğunu bildirdi.

Övladının normal və təhlükəsiz mühitdə böyüməsini istədiyini vurğulayan yazıçı mətbuatı onların şəxsi həyatına hörmətlə yanaşmağa çağırıb. Hələlik Maskdan mövzu ilə bağlı heç bir açıqlama yoxdur.