BYD-dən qlobal batareya yarışında kritik addım – Braziliya həmləsi

Çinin elektromobil nəhəngi BYD Braziliyanın “Litium Vadisi” kimi tanınan bölgəsində mədənçilik hüquqlarını əldə edib.

İndex.az xəbər verir ki, bu addımın qlobal batareya yarışı üçün kritik olduğu bildirilir.

BYD-nin mədən hüquqları əldə etdiyi ərazilər Braziliyanın Minas Gerais əyalətinin Koronel Murta qəsəbəsində yerləşir.

Ümumi sahəsi 852 hektar (8,5 km²) olan bu zonalar şirkət tərəfindən enerjini saxlanılmasında və batareya istehsalının artırmasında istifadə olunacaq.