Çin Azərbaycanın ən yaxın tərəfdaşıdır -VİDEO

“Çin Azərbaycanın ən yaxın tərəfdaşıdır”.

İndex.az xəbər verir ki, bu sözləri “Real Televiziyası”nın efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Deputatın sözlərinə görə, Azərbaycan və Çin arasında əlaqələrin tarixi kökləri var:

“Çin artıq bir regional dövlət deyil, Çin dünyanın ən güclü ölkəsidir. Bu gün Çin dünyada ən güclü iqtisadiyyata malik bir ölkədir. Azərbaycan və Çin arasında olan münasibətlərə nəzər salsaq görərik ki, bu gün Çin Azərbaycanın ən yaxın tərəfdaşıdır”.

Millət vəkili Çinin bu münasibətlərin inkişafında maraqlı olduğunu bildirib:

“Çin Azərbaycanla münasibətləri daha da artırmaq niyyətindədir. Bu dostluq çərçivəsində yeni lahiyələr icra ediləcək. Bu gün dünyada Avropanın və ABŞ-ın müharibələri dayandırmaq cəhdləri fayda vermir. Burada Çin amili önə çıxır. Bizim belə bir strateji tərəfdaşımız var”.

Daha ətraflı videoda: