Məzahir Pənahov: Vətəndaş seçki məntəqələrində çəkilişə düşmək istəmirsə, onu çəkmək doğru deyil

Əgər vətəndaş seçki məntəqələrində çəkilişə düşmək istəmirsə, buna icazə vermirsə, çəkiliş aparmaq doğru deyil.

İndex.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib.

“Məntəqədə çəkiliş aparanlar deyirlər ki, bu, bizim haqqımızdır. Amma əgər vətəndaş icazə verərsə, onu çəkmək olar”, – MSK sədri qeyd edib.