
Çinin süni intellektlə işləyən “DeepSeek” startapı ABŞ fond bazarını alt-üst edib.
İndex.az xəbər verir ki, yeni startap ABŞ-da bir çox tanınmış milyarderin sərvətinə böyük zərbə vurub.
Ən çox zərbə alanlardan biri “Nvidia” şirkəti olub.
Belə ki, “Nvidia” səhmləri 17% ucuzlaşaraq 589 milyard dollar dəyər itirib.
“Nvidia”nın baş direktoru və ən böyük fərdi səhmdarı Censen Huanqın sərvəti isə 20,1 milyard dollar azalıb.