“Azersun Holdinq”in prezidenti Abdolbari Gozal vəfat edib

Tanınmış iş adamı, Azersun Holdinqin prezidenti Abdolbari Gozal vəfat edib.

İndex.az xəbər verir ki, Azersun Holdinqdən bildirilib ki, tanınmış iş adamı bu gün Dubayda xəstəlikdən vəfat edib.

Qeyd edək ki, xeyriyyəçi iş adamı Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi mühüm töhfələrə görə ölkə başçısı tərəfindən “Şöhrət” ordeni, “Tərəqqi” medalı, onlarla yerli və qlobal mükafatla təltif edilib.