BP 5 minə yaxın işçini işdən çıxaracaq

Britaniya “BP Plc” şirkəti işçi sayını 5% və ya təxminən 4,7 min nəfər azaltmağı planlaşdırır.

İndex.az xəbər verir ki, bunu CNBC telekanalı şirkətin məlumatına istinadən bildirib.

BP, həmçinin təxminən 3 min podratçının xidmətlərindən imtina edəcək.

Ötən ilin sonunda BP-nin rəhbəri Murrey Aukinklos 2026-cı ilin sonuna qədər xərclərin ən azı 2 milyard ABŞ dolları məbləğində azaldılması üçün tədbirlər elan etmişdi və bu gün elan edilən ixtisarlar bu tədbirlərin bir hissəsidir.