SOCAR-ın rəhbərliyi nə qədər qazanır?

2024-cü ilin 6 ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş rəhbərliyə cəmi ödənişlər 870 min manat təşkil edib.

İndex.az bu barədə SOCAR-ın yarımillik hesabatlarına istinadən xəbər verir.

Məlumata görə, 2023-cü ilin 6 ayı ərzində SOCAR-ın baş rəhbərliyə cəmi ödənişlər 850 min manat təşkil etmişdi.

Baş rəhbərliyə SOCAR-ın Prezidenti və 10 Vitse-prezident daxildir. (30 iyun 2023-cü il tarixində SOCAR-ın Prezidenti, birinci vitse-prezidenti və 9 vitse-prezidenti olub). Qrupun baş rəhbərliyinin bütün üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir. Baş rəhbərliyin üzvləri təsdiqlənmiş əmək haqqı cədvəlinə uyğun olaraq əmək haqqı və mükafatlar, eləcə də SOCAR qrupunun müəyyən şirkətlərində Direktorlar şurasının üzvləri olduqlarına görə ödənişlər almaq hüququna malikdirlər.