İraqın neft naziri Hayan Abdel-Ghani İraqın fevralın ilk həftəsinə qədər Kərkükdəki dörd neft və təbii qaz yatağının əhatə etdiyi Böyük Britaniyanın neft nəhəngi BP ilə müqavilə imzalayacağını açıqlayıb.
İndex.az xəbər verir ki, İngiltərəyə səfəri zamanı “Reuters” agentliyinə danışan İraqlı nazir bu müqavilənin 2023-cü ildə “TotalEnergies” ilə Bəsrədə imzalanan 27 milyard dollarlıq müqavilədən daha böyük olacağını bildirib.
İraqın dövlət xəbər agentliyi Bağdad və BP-nin Kərkük neft-təbii qaz yatağının və digər qonşu yataqların yenidən işlənməsi ilə bağlı ilkin saziş imzaladığını, lakin təfərrüatları açıqlamadığını bildirib.
Müqavilə çərçivəsində neft hasilatının sutkada 150 min barrelə qədər artırılacağını deyən nazir, hasilatın şimalda hazırda öz gücündən aşağı işləyən neft emalı zavodlarına veriləcəyini də bildirib.