2024-cü ildə Naxçıvan Muxtar Respublikasında vətəndaşlara 2,3 milyon manat əlavə dəyər vergisi (ƏDV) qaytarılıb.
İndex.az xəbər verir ki, bu barədə Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bunun 1,4 milyon manatı 2024-cü ilin payına düşüb. Bu isə 2023-cü ilə nisbətən 68 % çoxdur.