SİF maliyyələşdirməni 28% artırıb

2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 5 722 layihənin maliyyələşdirilməsinə 248,1 milyon manat güzəştli kredit verib.

İndex.az Fonda istinadən xəbər verir ki, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 74,7 % və 28 % çoxdur.

Ötən il verilmiş kreditlər hesabına 4 334 yeni iş yerinin yaradılması nəzərdə tutulur.