ABŞ-ın ticarət kəsiri gözləntiləri üstələyib

ABŞ Ticarət Nazirliyinin ticarət balansını açıqlayıb.

İndex.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin açıqladığı mal ticarəti balansının, topdan və pərakəndə satış ehtiyatları ilə bağlı noyabr ayı məlumatlarına görə, əsas xarici ticarət kəsiri olaraq adlandırılan mal ticarəti kəsiri noyabr ayında oktyabr ayına nisbətən 4,7% artaraq 102,9 milyard dollara çatıb.

Əmtəə ticarəti kəsiri üçün bazar gözləntiləri 101,3 milyard dollar idi.

Oktyabrda mal ticarəti kəsiri 98,3 milyard dollar təşkil edib.