Maskın süni intellekt şirkəti 40 milyard dollar dəyərə çatıb

İlon Maskın süni intellekt şirkəti xAI, yeni maliyyələşdirmə raundu çərçivəsində 6 milyard dollar topladığını açıqlayıb.

İndex.az xəbər verir ki, yeni maliyyələşdirmə sayəsində şirkətin dəyəri 40 milyard dolları ötüb.

xAI əvvəllər bildirmişdi ki, yeni əldə edilən vəsaitin böyük hissəsi şirkətin Tennessi ştatının Memfis şəhərində yerləşən milyard dollarlıq superkompüter klasterinin və “Grok AI” modellərinin inkişafı üçün istifadə olunacaq.

Bu superkompüter 100.000 “Nvidia” qrafika emal sistemi olan, nəhəng “Colossus” ilə süni intellekt modellərini öyrətmək üçün nəzərdə tutulub və onun tutumunun yaxın gələcəkdə iki dəfə artırılması nəzərdə tutulub.