İki nəhəng avtomobil istehsalçısı şirkətləri birləşdirmək qərarına gəlib.
İndex.az xəbər verir ki, “Honda” və “Nissan”, Yaponiyada “Toyota” ilə mübarizə apara bilmək üçün birləşmək niyyətindədir.
“Honda” birləşmə, səhm ortaqlığı və ya holdinq yaratmaq kimi müxtəlif variantları nəzərdən keçirir.
Bu barədə “Honda”nın icraçı vitse-prezident Şinji Aoyama məlumat verib.
Aoyama mümkün qərarın nə vaxt veriləcəyi ilə bağlı təfərrüatlar açıqlamayıb.